“Mançester Yunayted”in sahibi olan Coel və Avram Qleyzer qardaşları klubu satmağa hazırdır.
Apasport.az saytının məlumatına görə, onlar “qırmızı şeytanlar”ın səhmlərinə qarşılıq minimum 10 milyard dollar tələb edir.
Aleks Ferqyusonun baş məşqçi postundan getməsindən sonra komandanın ciddi uğur qazanmamasına baxmayaraq, böyük yatırımlarla diqqət çəkən Qleyzer qardaşları 10 milyard dollarlıq təklif alarsa, danışıqlar aparmağa razı olacaq.
Əgər belə bir təklif gəlsə və sövdələşmə baş tutsa, “Mançester Yunayted” dünyanın ən dəyərli idman komandasına çevriləcək. Hazırda 8 milyard dollar dəyərində olan NFL komandası “Dallas Kovboyz” bu sarıdan ilk sıradadır.
Qeyd edək ki, Qleyzer qardaşları “Mançester Yunayted”in səhmlərini 2005-ci ildə təxminən 800 milyon dollara alıb.