"Roma"nın Sərdar Azmun planı
23.01.2024 - 17:54
"Roma"nın Sərdar Azmun planı

“Roma” Sərdar Azmunun oyunundan razıdır.

Apasport.az xəbər verir ki, komanda rəhbərliyi iranlı hücumçunun hüquqlarını almağı planlaşdırır.

Leverkuzen “Bayer”inə məxsus olan futbolçu mövsümün əvvəlindən ehtibarən icarə əsasında İtaliya təmsilçisinin şərəfini qoruyur. “Canavarlar”ın yeni baş məşqçisi Daniele De Rossi də forvardın komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, bu mövsüm 15 matçda meydana çıxan Azmun aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0