La Liqada fasilə başladı: 69 Alt, 71 Üst
11.11.2022 - 10:36
La Liqada fasilə başladı: 69 Alt, 71 Üst

İspaniya La Liqasında fasilə yaranıb.

Apasport.az saytının məlumatına görə, çempionatın DÇ-2022-yə qədər olan hissəsində 14 tur baş tutub.

Bu müddətdə 140 matç keçirilib. La Liqadakı Üst və Alt sayı təxminən bərabərdir. 71 matçda ikidən çox qol vurulub – təxminən 50,7 faiz. 69 görüşdə, yəni 49,3 faizdə qol sayı ikini keçməyib.

Üst sayında rekord “Real”dadır. Madridlilər yalnız üç dəfə Alt oynayıb. “Elçe” ikincidirsə, “Barselona” ilə “Selta” üçüncülüyü bölüşür.

Çempionatın Alt komandası “Malyorka”dır. Bu klub cəmi üç dəfə Üst oynayıb. “Vilyarreal”da bu rəqəm 4-dür.

komanda

Üst

%

Alt

%

Real

11

79

3

21

Elçe

10

71

4

29

Barselona

9

64

5

36

Selta

9

64

5

36

Valensiya

8

57

6

43

Jirona

8

57

6

43

Atletik

8

57

6

43

Almeriya

8

57

6

43

Valyadolid

7

50

7

50

Betis

7

50

7

50

Rayo Valyekano

7

50

7

50

Espanyol

7

50

7

50

Kadiz

7

50

7

50

Sevilya

6

43

8

57

Real Sosyedad

6

43

8

57

Xetafe

6

43

8

57

Atletiko

6

43

8

57

Osasuna

5

36

9

64

Vilyarreal

4

29

10

71

Malyorka

3

21

11

79

writer photo
Əlirza Əlirzalı
0