Di Maria milli karyerasını başa vurur
18.10.2023 - 10:59
Di Maria milli karyerasını başa vurur

Anxel Di Maria millidən getməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi 2024-cü ildə ABŞ-da keçiriləcək Amerika Kubokundan sonra Argentina millisindəki karyerasını başa vuracaq. 

Karyerasını Portuqaliya “Benfika”sında davam etdirən 35 yaşlı futbolçu bu qərara gəlməkdə çox çətinlik çəkib: “Milli komanda mənim üçün qürur mənbəyidir. Burada az göz yaşı tökməmişəm. Hələ son dünya çempionatındakı zəfərimizi bu gün də xatırlayanda bədənim əsir. Ancaq hər şirin nağılın bir sonu var. Qərarımı vermişəm - Amerika kubokundan sonra Argentina millisini tərk edəcəm - mənim üçün hər şey bitdi!”

Qeyd edək ki, 134 matçda Argentina millisinin formasını geyinən veteran futbolçu 29 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0