Taunsendin növbəti dayanacağı – “LUTON”
11.10.2023 - 21:42
İngiltərə yığmasının keçmiş üzvü karyerasını “Luton”da davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, Andros Taunsendlə yanvar ayına kimi müqavilə imzalanıb.
Yayda “Everton”dan ayrılan yarımmüdafiəçi “Luton”a sərbəst agent kimi qoşulub. 32 yaşlı futbolçu “Kristal Pelas”, “Tottenhem”, KPR, “Birmingem”, “Lids”, “”Milliuol”, “Uotford”, “İpsviç”, “MK Dons”, “Leyton Orient”, “Yovil” kimi klublarda çıxış edib.
Qeyd edək ki, İngiltərə yığmasında 13 oyun keçirən Taunsend iki qol vurub.
0
0