Yığmamız Moldova ilə qarşılaşacaq
19.09.2022 - 16:25
Yığmamız Moldova ilə qarşılaşacaq

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Moldova ilə qarşılaşacaq.

Bununla bağlı AFFA və FMF arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq. 

Qarşılaşma Moldovanın paytaxtı Kişinyov şəhərindəki "Zimbru" stadionunda keçiriləcək. Oyunun başlama saatı dəqiqləşməyib. 
 

writer photo
Əlirza Əlirzalı
0