"Almeriya"dan antirekord
19.02.2024 - 09:14
"Almeriya"dan antirekord

“Almeriya” La Liqada antirekorda imza atıb.

Apasport.az xəbər verir ki, komanda çempionatın XXV turu çərçivəsində keçirilən görüşdə səfərdə "Qranada" (1:1) ilə bərabərliyə razı olub.

Bununla da qonaqlar İspaniya yüksək liqasında keçirdiyi 28-ci matçını da qalib gəlmədən başa vurub. Bu nəticə turnirin tarixinə ən uzun qələbəsizlik seriyası kimi düşüb. 

Qeyd edək ki, “Almeriya” sonuncu dəfə La Liqada 2022/23 mövsümündə 3 xala sevinib. Ötən il mayın 20-nə təsadüf edən oyunda komanda "Malyorka"ya 3:0 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0