“Bavariya”nın istədiyi qapıçıya qiymət qoydular
25.07.2023 - 17:33
“Bavariya”nın istədiyi qapıçıya qiymət qoydular

“Bavariya”nın heyətinə qatmaq istədiyi qapıçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu David Rayyanı transfer etməyi planlaşdırır.

Münhenlilər qolkiperin şərəfini qoruduğu “Brentford”la danışıqlara başlayıb. İngiltərə təmsilçisi Rayya üçün 40 milyon funt sterlinq tələb edir.

Qeyd edək ki, ispaniyalı qapıçının “Bremtford”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0