Millətlər Liqasına biabırçı məğlubiyyətlə başlayan Belçika yığması qrup mərhələsinin II turunda ev oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Roberto Martinesin yetirmələri ilk turda Uelsə qalib gələn Polşanı qəbul edəcək.
Rusiyalı futbol eksperti Artemi Kuteynikov bu gün baş tutacaq qarşılaşmaya öz proqnozunu verib. Mütəxəssis Robert Levandovskinin lideri olduğu polşalılara heç bir şans verməyib:
İlk turdan sonra aktivində 3 xal olan Polşa gözlənilmədən qrupda Belçikanı qabaqlayır. “Qırmızı iblislər” Brüsseldəki görüşdə rəqibinə çatmağa çalışacaq. Belçika mübahisəsiz cütün favoritidir. Roberto Martinesin komandasının qələbəsinə ekspress kuponda mərc etmək olar.
Hər iki komandanın ilk turdakı matçında qarşılıqlı qollar izlədik. Bu üzdən minimum 1,5 ÜST-ə güvənməyə dəyər. Belçikada Romelu Lukakunun iştirakı sual altındadırsa, Polşanın qolçusu Robert Levandovski komandasının heyətində növbəti qolunu vurmağa çalışacaq.
Belçika birinci turda Niderlanda biabırçı hesabla (1:4) yenildiyindən, liderlik uğrunda mübarizədən qopmamaq üçün mütləq qələbə qazanmalıdır. Ancaq qonaqların da formada olduğunu unutmaq olmaz. 2022-ci ildə uduzmayıblar, güclü İsveç (2:0) və Uelsi (2:1) məğlub ediblər. Yenə də güman edirəm ki, “ağ qartallar”ın daha güclü belçikalılara qarşı heç bir şansı yoxdur. Hətta Lukaku olmadan da Martinesin kollektivini qalibiyyətə daşıyacaq ulduzlar çoxdur.
Proqnozum: Meydan sahibi 1,5 ÜST