Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov biznes fəaliyyəti bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin özü açıqlayıb.
Rusiyanın “sports.ru” portalına müsahibə verən Mahmudov karyerasını bitirəndən sonrakı qazanc mənbəyi barədə indidən düşündüyünü gizlətməyib: “Müəyyən müddətdən sonra mənzil, ev üçün pul yığmağa başladım. Mən pulu elə şeylərə xərcləyirdim ki, karyeramdan sonra üçün nə isə qalsın. Qardaşımla birlikdə Moskva vilayətində icarəyə vermək üçün bir-iki yer almışıq. Bu da ucuz deyil, hər maaşla almaq olmur. Topladıq və bir müddətdən sonra aldıq. İndi də həmin yerləri icarəyə vermişik”.