ARAF kuboku uğrunda konkur yarışları yekunlaşıb
20.07.2024 - 22:50
ARAF kuboku uğrunda konkur yarışları yekunlaşıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda ARAF kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.

Apasport.az xəbər verir ki, bu gün başa çatan turnirin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Seyid Musayev isə “Ayla” ləqəbli atla üçüncü yerin sahibi olub.

M kateqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 9 idmançı yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak edib.

Sonda hər üç kateqoriyada birinci yerin sahiblərinə “ARAF” kuboku, ikinci və üçüncü pillələri tutanlara medallar, həmçinin ARAF-ın fəxri diplomları təqdim edilib.

writer photo
Əlirza Əlirzalı
0