"Tottenhem"dən müqavilə planı
11.12.2023 - 21:33
"Tottenhem"dən müqavilə planı

"Tottenhem" futbolçusu ilə müqavilənin müddətini artırır.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçi Destiny Udoji ilə uzunmüddətli razılaşmaya hazırlaşır.

İngilislər 21 yaşlı italiyalı arxa xətt oyunçusunu bu il İtaliya “Udineze”sindən transfer edib. Onun komanda ilə anlaşması 2027-ci ilin yayında bitəcək. 

Qeyd edək ki, bu mövsüm 14 matça çıxan Udoji aktivinə 1 qol və 2 məhsuldar ötürmə yazdıra bilib.

writer photo
Əlirza Əlirzalı
0