İspaniya klubu stadionunu yeniləyəcək
18.04.2024 - 22:40
![İspaniya klubu stadionunu yeniləyəcək](https://apasport.az/storage/news/2024/april/18/big/66213daa6589b66213daa6589c171345450666213daa6589966213daa6589a.jpg)
İspaniyanın "Elçe" klubu doğma stadionu olan "Martinez Valero"nu təmir etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub işə 2025-ci ildə başlamağı düşünür və proyektə 40 milyon avro ayırmaq istəyir. Təmir işlərinin 2026/27 mövsümünün sonuna kimi başa çatdırılması gözlənilir.
Arenanın fasadının yenilənməsi, yenilənmiş VIP oturacaqların yaradılması, eləcə də stadion ətrafının abadlaşdırılması nəzərdə tutulur.
0
0