“Qalatasaray” PSJ ilə danışığa başlayır
16.11.2022 - 13:07
“Qalatasaray” PSJ ilə danışığa başlayır

“Qalatasaray” mövsümün əvvəlində icarəyə götürdüyü Mauro İkardinin performansından məmnun qalıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Argentina millisinin üzvünü birdəfəlik transfer etmək qərarına gəlib.

Fransa klubuna bununla bağlı danışıq aparmaq üçün müraciət göndərilib. Klub rəhbərləri bir neçə gün ərzində masa arxasında əyləşəcəklər. İcarə əsasında “cim-bom”un formasını geyinməsinə baxmayaraq, ulduz futbolçuya PSJ illik 7 milyon avroya yaxın maaş ödəyir. Bu üzdən fransızlar da onunla yolları birdəfəlik ayırmaqda maraqlıdır.

Qeyd edək ki, Mauro İkardinin PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Forvard bu mövsüm “Qalatasaray”ın heyətində 4 qol, 3 assistlə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0