Azərbaycan çempionatının I divizionunda çempion bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Araz Naxçıvan” tarixində ikinci dəfə aşağı liqanın qalibi olub.
Azər Bağırovun yetirmələri qızıl medalları 27-ci turda rəsmiləşdiriblər. Son çempion “Qaradağ Lökbatan”ın qonağı olan naxçıvanlılar 2:0 hesabı ilə qalib gəlib.
25 matç keçirən yeni çempion xal sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2” ilə fərqi 11 xala yüksəldən “Araz Naxçıvan” sona 3 tur qalmış rəqibləri üçün əlçatmaz olub.
2013/14 mövsümündə də I divizionda qalib olan komanda tarixinin ikinci belə titulunu qazanıb. Lakin Naxçıvan təmsilçisinin Premyer Liqada oynaması Lisenziyalaşdırma Komissiyasının qərarından asılıdır. Bu məsələyə yaxın müddətdə aydınlıq gələcək.