Tahir Baxşıyev: “İndi turnir cədvəlini düşünmürük”
13.04.2024 - 20:45
Tahir Baxşıyev: “İndi turnir cədvəlini düşünmürük”

"Cəlilabad" - çox yaxşı komandadır. Onların pley-off şansları olduğu üçün çətin matç gözləyirdik”.

Apasport.az xəbər verir ki, bunu NTD- İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Azərbaycan Basketbol Liqasının XVII turunda “Cəlilabad”a 108:87 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, rəqib onlara ilk 3 periodda güclü müqavimət göstərib: “Yalnız dördüncü hissədə qələbəni təmin edə bildik. Qriffin Remmi zədə səbəbindən oyunu buraxırdı. Ona görə də birinci nömrə mövqeyi bir qədər zəifləmişdi. Zədəsi ciddi deyil, növbəti matça hazır olacaq. Ümumilikdə komandanın oyunundan razı qaldım. “Şəki” ilə son oyunumuz qalıb. Qələbə qazanmaq istəyirik. İndi turnir cədvəlini düşünmürük. Son turda "Sabah" "Xəzri" ilə qarşılaşacaq. Bu matçın nəticəsi kimin birinci, kimin üçüncü yerləri tutacağını müəyyənləşdirəcək".

Qeyd edək ki, bu qələbədən sonra xalını 30-a çatdıran NTD – İNDİQO 2-ci pilləyə yüksəlib. “Cəlilabad” isə 22 xalla 8-cidir.

writer photo
Əlirza Əlirzalı
0