Messinin yeni müqaviləsinin müddəti müəyyənləşdi
24.12.2022 - 17:23
Messinin yeni müqaviləsinin müddəti müəyyənləşdi

Lionel Messinin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu PSJ-də qalacaq.

Artıq onun yeni müqaviləsinin müddəti də bəlli olub. 35 yaşlı forvard Fransa klubu ilə 1+1 illik anlaşma imzalayacaq. 

Artıq tərəflər arasında danışıqlar yekunlaşıb. Yaxın günlərdə sözləşmə rəsmiləşdiriləcək.

Qeyd edək ki, 2021-ci ilin yayında Paris klubuna keçən Messinin hazırkı müqaviləsi 2+1 illik imzalanıb. Yeni anlaşma 2023-cü ilin yayında qüvvəyə minəcək.
 

writer photo
Əlirza Əlirzalı
0