“Bavariya” yarımmüdafiəçisini 12 milyona satır
16.06.2022 - 14:45
“Bavariya”nın futbolçusu Mark Roka karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Lids”ə keçəcək.
25 yaşlı ispaniyalı sabah tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Roka 2026-cı ilin yayına qədər “Lids”in şərəfini qoruyacaq.
Onun transferi 12 milyon avroya gerçəkləşəcək. Bu rəqəm bonuslar hesabına 17 milyona çata bilər.
Qeyd edək ki, Mark ötən mövsüm “Bavariya”da 13 matç keçirib.
0
0