Bu gün bütün dünyanın diqqəti “Uembli”yə yönələcək.
Apasport.az saytının məlumatına görə, Avropa çempionu İtaliya və Amerika
kubokunun qalibi Argentina Finalissimada qarşılaşacaq.
Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov matçla bağlı proqnoz verib. Futbol veteranı və eksperti qarşılaşmanın qol sarıdan kasad olacağını düşünür:
Avropa və Cənubi Amerika çempionlarının qazana biləcəyi yeni kubokun təşkili kifayət qədər gözlənilməz alındı. Nəhayət ki, hər iki turnirin eyni ildə keçirilməsi də bunun üçün uyğun şərait yaratdı. Adətən Avropa çempionatı cüt illərdə olur. İtaliya Argentina ilə “Uembli”də oynayacaq.
Əlbəttə, cütün adı belə adamı cuşa gətirir. Baxmayaraq ki, İtaliya dünya çempionatına çıxa bilməyib. Amma mən parlaq futbol gözləmirəm. Argentina balanslaşmış oyun göstərməyə başlayıb, az qol buraxır, amma özü də çox vurmur. İtaliya isə öz fiaskosundan sonra özünü reabilitasiya etmək istəyəcək, amma onların ağlasığmaz müdafiə xətti ilə Argentina önündə açıq oynamayacaq.
Bu üzdən hər iki tərəfdən ehtiyatlı oyun gözləyirəm. Hər halda ilk dəfə oynanılan mükafatı qazanmaq nüfuzludur. Bu, tarixə düşmək üçün şansdır.
Mən Alt deyirəm. Əmin deyiləm ki, komandaların ağır mövsümdən sonra məhsuldar futbol oynamaq üçün gücü qalıb. Lakin matçın turnir əhəmiyyəti var.
Proqnozum: Alt