Ronaldo Küveyt millisinin hücumçusuna çatdı
10.12.2022 - 20:52
Ronaldo Küveyt millisinin hücumçusuna çatdı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo yığmadakı oyun sayına görə dünya rekordunu təkrarlayıb.

Apasport.az xəbər verir ki, dünya çempionatının 1/4 finalında Mərakeşlə oyuna ikinci hissədə daxil olan ulduz futbolçu 196-cı matçına çıxıb.

Bununla da o, Küveyt millisinin hücumçusu Bədr Əl-Mütavaya çatıb.

Kriştianu Ronaldo dünya çempionatlarında keçirdiyi oyunların sayına görə argentinalı Dieqo Maradona, alman Uve Zeeleri və polşalı Vvadısvav Jmudanı qabaqlayaraq 5-ci yerə çıxıb. Mərakeşlə oyun onun dünya çempionatlarında 22-ci oyunu olub.

writer photo
Əlirza Əlirzalı
0