17 yaşlı qapıçı ilə anlaşma
03.02.2023 - 16:11
17 yaşlı qapıçı ilə anlaşma

"Mançester Siti" heyətini 17 yaşlı qolkiper Luis Benjaminlə gücləndirir. 

Apasport.az saytı xəbər verir ki, "Kardiff"dən transfer olunan futbolçu artıq tibbi müayinədən keçib. 

O, klub akademiyasının yeni qapıçısı kimi “şəhərlilər”lə uzunmüddətli müqaviləyə imza atacaq.

Qeyd edək ki, uelsli futbolçu bir neçə komandanın transfer siyahısında olsa da, Benjamin “Mançester Siti”ni seçib.

writer photo
Əlirza Əlirzalı
0