“Real”a Lukaku təklifi
03.06.2023 - 17:32
“Real”a Lukaku təklifi

Romelu Lukaku “Real”a təklif olunacaq.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin “İnter”ə icarəyə verdiyi belçikalı hücumçu transfer pəncərəsinin sonunda İspaniya klubuna keçə bilər.

Onun “Real” icarəyə verilməsi gözlənilir. “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Lukakunu komandasında görmək istəsə də, rəhbərlik Harri Keyni almağa qərar verib. Bu üzdən onun Madrid klubuna icarə üçün təklif ediləcək.

Qeyd edək ki, Romelu cari mövsüm A seriyasının 24 matçında 10 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0