"Sabah" - "Makkabi" matçına nə qədər bilet satılıb?
28.07.2024 - 21:27
"Sabah" - "Makkabi" matçına nə qədər bilet satılıb?

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində  keçiriləcək "Sabah" - "Makkabi” (Hayfa, İsrail) oyununa bilet satışı davam edir.

Apasport.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna 2500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da başlayacaq. "Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0