Kavani özünə klub tapdı
05.08.2022 - 22:27
Kavani özünə klub tapdı

Edinson Kavaninin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in sabiq futbolçusu karyerasını Argentinada davam etdirəcək.

35 yaşlı uruqvaylı hücumçu “Boka Xuniors”a keçəcək. Onun keçidi sabah rəsmən açıqlanacaq.

Kavani iyulun 1-dən azad agent statusuna malikdir. “Montsa”, “Vilyarreal” və Dortmund “Borussiya”sının da maraq dairəsində olan forvard Cənubi Amerikaya qayıtmağa üstünlük verib.

Qeyd edək ki, Edinson ötən mövsümün 20 matçında 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0