“Çelsi”nin sabiq baş məşqçisi ABŞ millisi ilə anlaşıb
15.08.2024 - 11:31
“Çelsi”nin sabiq baş məşqçisi ABŞ millisi ilə anlaşıb

Premyer Liqa təmsilçilərindən “Çelsi”nin sabiq baş məşqçisi Maurisio Poçettino özünə yeni komanda tapıb

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis ABŞ millisinə rəhbərlik etməyə razılaşıb.

Poçettino ötən mövsümün sonunda rəhbərliklə qarşılıqlı razılaşma əsasında “Çelsi”dən ayrılmışdı. London klubu argentinalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vurub. O, əvvəllər heç vaxt milli komanda çalışdırmayıb.

Maurisio Poçettino daha əvvəl “Espanyol”, “Sauthempton”, “Tottenhem” və PSJ-nin baş məşqçisi kimi də çalışıb.

writer photo
Əlirza Əlirzalı
0