I divizionda oyunun nəticəsi ləğv edildi
24.10.2022 - 15:35
I divizionda oyunun nəticəsi ləğv edildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizionun VIII turunun oyunları ilə bağlı müzakirələr aparılıb.

Komitə üzvləri  “Zirə-2” – “Mingəçevir” matçında baş verənlərə də hüquqi qiymət verib. Meydan sahibləri əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə oyunun nəticəsi ləğv edilib. “Zirə-2”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bakı klubu 400 manat cərimə olunub.

Qeyd edək ki, bu görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlmişdi.

writer photo
Əlirza Əlirzalı
0