Çimərlik futbolu üzrə milli komandamızın heyəti açıqlanıb
24.07.2024 - 19:08
Çimərlik futbolu üzrə milli komandamızın heyəti açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Apasport.az xəbər verir ki, yıömamız hazırlıq prosesi çərçivəsində Belarus komandası ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.

Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı:
Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.

writer photo
Əlirza Əlirzalı
0