Zədəlilər sıraya dönür
10.11.2022 - 18:43
“Tottenhem”in zədəli futbolçuları Rişarilson və Deyan Kuleşevski meydana çıxmağa tam hazırdır.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Antonio Konte açıqlayıb.
İtaliyalı mütəxəssis bildirib ki, hər iki futbolçu “Lids”lə görüşdə start heyətində yer ala bilər: “Yaxşı xəbərlər var. Rişarilsonun meydana necə çıxması xoşuma gəldi. Onun tam bərpa olduğunu hesab edirəm. Kuluşevski də hazırdır. Ümid edirəm ki, onlar şənbə günü start heyətdə yer alacaq”.
Qeyd edək ki, londonluların “Lids”lə oyunu noyabrın 12-də keçiriləcək.
0
0