FİFA-dan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı açıqlama
18.03.2024 - 12:36
FİFA-dan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı açıqlama

FİFA "Trabzonspor" - "Fənərbaxça" matçında baş verənlərə biganə qalmayıb.

Apasport.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino hadisələrlə bağlı açıqlama verib.

İnfantino futbolda bu cür hadisələrin qəbuledilməz olduğunu bildirib: "Türkiyə Superliqasında "Trabzonspor"-"Fənərbaxça" matçından sonra baş verənlər qətiyyən qəbuledilməzdir. Bu cür hadisələrin meydanda və ya kənarda, bizim idmanda və ya cəmiyyətimizdə yeri yoxdur. Mən bunu əvvəllər demişəm və yenə də deyirəm - istisnasız olaraq, futbolda bütün oyunçular təhlükəsiz şəraitdə futbol oynamalıdırlar". 

Qeyd edək ki, matçdan sonra meydanda xoşagəlməz hadisələr baş verib. Belə ki, hər iki komandanın azarkeşləri meydana axışıb. Mühafizə xidmətinin işçiləri tərəfindən futbolçular və hakimlər təhlükəsiz şəkildə soyunub-geyinmə otağına aparılıb.

writer photo
Əlirza Əlirzalı
0