Siyasət Əsgərov: "Çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq”
05.03.2024 - 17:59
Siyasət Əsgərov: "Çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq”

"İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır”.

Apasport.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi AFFA-ya açıqlamasında Siyasət Əsgərov deyib.

O, AVRO-2025-in püşkünə münasibət bildirib: “Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq.  İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq".

Qeyd edək ki, Liqa mərhələsinin görüşləri aprel-iyul aylarında keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0