Messidən “siftə”
22.07.2023 - 10:06
Messidən “siftə”

Lionel Messi “İnter Mayami”də debüt edib.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz “Krus Asul”la matçın iştirakçısı olub.

O, Liqa kubokunun qrup mərhələsinin görüşündə əvəzetmədən meydana çıxıb. Messi ilə birlikdə oyuna daxil olan Serxi Buskets də debütünü qeyd edib.

Argentinalı hücumçu 90+4-cü dəqiqədə cərimə zərbəsindən qol vurub. Debütdəki qol onun komandasına 2:1 hesablı qələbə qaandırıb.

Qeyd edək ki, ötən mövsümü PSJ-də keçirən ulduz ABŞ təmsilçisinə azad agent statusu ilə keçib.

writer photo
Əlirza Əlirzalı
0