Harri Keyndən müqavilə istəyi
26.09.2022 - 18:54
Harri Keyndən müqavilə istəyi

“Tottenhem”in lideri Harri Keyn karyerasını hazırkı komandasında davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, aparıcı futbolçu londonlularla yeni müqavilə imzalamağa hazırlaşır.

İngiltərə millisinin hücumçusu yay fasiləsində “Bavariya” və “Çelsi”dən təklif alsa da, komandasını dəyişməkdən imtina edib. Baş məşqçi Antonio Kontenin rəhbərliyi altında oynamaqdan həzz aldığını deyən 29 yaşlı forvardla yeni sözləşmənin detalları müzakirə olunur.

Qeyd edək ki, Keynin hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0