AFFA ondan əl çəkmir
30.12.2022 - 16:57
AFFA ondan əl çəkmir

Rusiyanın “Arsenal” klubunun futbolçusu Kamran Əliyev Azərbaycan millisinə cəlb oluna bilər.

Apasport.az saytının məlumatına görə, AFFA uzun müddətdir 24 yaşlı hücumçu ilə danışıqlar aparır.

Assosiasiya rəsmiləri 2023-cü ildə də futbolçu ilə görüşəcək. Qurumun nümayəndələri qış hazırlığı üçün komandası ilə Türkiyəyə yollanacaq Kamranla qardaş ölkədə danışıqlar aparacaq. AFFA Kamranı milli komandamızda oynamağa razı salmağa çalışacaq. 

Qeyd edək ki, “Ximki”nin yetirməsi olan forvard “OİK-Xabarovks”da da oynayıb. O, Azərbaycanın və Rusiyanın U-20 yığmalarında çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0