"Neftçi"nin Türkiyə toplanışı başlayıb
08.07.2024 - 15:57
"Neftçi"nin Türkiyə toplanışı başlayıb

“Neftçi” yeni mövsümə hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” hazırlığın Türkiyədə keçiriləcək ikinci mərhələsinə bu gün start verəcək. Bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Təlim-məşq toplanışı iyulun 26-dək Türkiyənin Ərzurum bölgəsində davam edəcək. “Neftçi”nin hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməsi planlaşdırılıb.

Qeyd edək ki, “ağ-qaralar”ın təlim-məşq toplanışının Bakıda təşkil olunan ilk mərhələsini ötən həftə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0