Nicat Abasov bu gün ABŞ şahmatçısı ilə qarşılaşacaq
05.04.2024 - 11:11
Nicat Abasov bu gün ABŞ şahmatçısı ilə qarşılaşacaq

Bu gün azərbaycanlı qrossmeyster Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxacaq. 

Apasport.az xəbər verir ki, Nicat II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Abasov bu dəfə qara fiqurlarla oynayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, 28 yaşlı şahmatçımız ilk turda rusiyalı Yan Nepomnyaşi ilə, Karuana isə ABŞ-nin digər şahmatçısı Hikaru Nakamura ilə heç-heçə edib - 0,5:0,5.

writer photo
Əlirza Əlirzalı
0