Fransa 24 ildən sonra yarımfinala yüksələ bilən son dünya çempionu olub
11.12.2022 - 02:14
Fransa 24 ildən sonra yarımfinala yüksələ bilən son dünya çempionu olub

Fransa millisi mundialın 1/4 finalında İngiltərəni məğlub etməklə 7-ci dəfə yarımfinala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 1982 və 1986-cı illərdə keçirilmiş mundiallardan sonra "xoruzlar" ardıcıl 2-ci dəfə yarımfinala adlaya bilib.

Həmçinin, Fransa millisi 1998-ci ildən sonra dünya çempionatının yarımfinalına yüksələ bilən hazırkı çempion olub. Bunadək DÇ-1998-ci ildə son çempion Braziliya yarımfinala və finala yüksələ bilmişdi.

Qeyd edək ki, Fransa dekabrın 14-də finala çıxmaq üçün Mərakeşlə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0