Ukraynalı Aleksandr Usik bundan sonra futbol meydançasında gücünü sınayacaq.
Apasport.az-ın məlumatına görə, məşhur boksçu “Polesye” futbol klubu ilə müqavilə imzalayıb.
WBA, IBF və WBO üzrə ağır çəkidə dünya çempionu bir il komandanın şərəfini qoruyacaq. Usik “Polesye”də 17 nömrəli formada çıxış edəcək. Jitomiri təmsil edən klub ötən mövsümün yekunlarına görə, Ukrayna Premyer Liqasının əsas liqasında oynamaq hüququ qazanıb.
Qeyd edək ki, 36 yaşlı Aleksandr London-2012 Olimpiadası və dünya çempionatının mütləq qalibi olub. O, avqustun 26-da britaniyalı Daneil Dyubua ilə titul qorumaq uğrunda yarışacaq.
Usik boksu futbola dəyişdi
20.07.2023 - 01:46
0
0