Bundesliqada yeni rekordçu
05.11.2022 - 19:54
Bundesliqada yeni rekordçu

Dortmund “Borussiya”sının futbolçusu Yussuf Mukoko yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Bundesliqada 10 qol vuran ən gənc futbolçu olub.

O, yubiley qolunu “Bohum”la XIII turun görüşündə vurub. 8-ci dəqiqədə fərqlənən forvard 17 yaş 350 günlüyündə 10-cu qolunu vurub.

Qeyd edək ki, Mukoko mövsümün 19 matçında 5 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0