Tovuzda azarkeşlər arasında dava - "Kəpəz" fanatı xəstəxanaya aparıldı
20.12.2022 - 18:45
Tovuzda azarkeşlər arasında dava - "Kəpəz" fanatı xəstəxanaya aparıldı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "Turan Tovuz" - "Kəpəz" (2:2) matçının final fitindən dərhal sonra rəqib futbolçular arasında insident yaşanıb.

Apasport.az saytının məlumatına görə, eyni xoşagəlməz hadisə azarkeşlər arasında da baş tutub. 

Qarşılaşma başa çatdıqdan sonra eyni vaxtda tribunaları tərk edən tərəfdarlar arasında söz atışması olub. Daha sonra söz-söhbət əlbəyaxa davaya çevrilib. Nəticədə "Kəpəz" azarkeşlərindən biri Tovuz mərkəzi xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərilib. 

Gəncəyə yola düşən qonaq azarkeşlərdən digərinin halı isə Tovuz şəhərinin çıxacağında pisləşib. Nəticədə polislər avtobusu saxladaraq hadisə yerinə təcili tibbi yardım çağırıblar. Təxminən 20 dəqiqə sonra vəziyyəti yaxşılaşan tərəfdar yenidən avtobusa qaytarılıb və azarkeşlər yola düzəliblər.
 

writer photo
Əlirza Əlirzalı
0