Vüsal Qələndərzadədən dünya çempionu titulu
05.10.2023 - 20:21
Vüsal Qələndərzadədən dünya çempionu titulu

Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günü arxada qalıb.

Apasport.az saytı xəbər verir, Azərbaycan yığması qızıl medal qazanıb.

Oğlanların mübarizəsində 73 kq çəkidə Vüsal Qələndərzadə uğurlu çıxış edərək, dünya çempionu olub. Cüdoçumuz finalda Cek Yonezukaya (ABŞ) qalib gəlib.

Qeyd edək ki, çempionatın ilk günündə Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0