Mərakeş onu milyonçu etdi - 1 milyon 89 min 818,28 dollarlıq uduş
08.12.2022 - 12:03
Mərakeş onu milyonçu etdi - 1 milyon 89 min 818,28 dollarlıq uduş

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər DÇ-2022-nin 1/8 final mərhələsinin Mərakeş – İspaniya matçına mərc edib.

O, Afrika təmsilçisinin 12,0 əmsalla dəyərləndirilən mərhələ adlayacağına böyük vəsait yatırıb. Better 90 min 818 dollarlıq mərc edib.

Əsas və əlavə vaxtı qolsuz bitən görüşün taleyi penaltilər seriyasında həll olunub. Mərakeş 3:0 hesablı qələbə qazandıqda proqnozsevər də böyük uduş əldə edib. Onun uduşu 1 milyon 89 min 818,28 dollar olub.

Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0