Misli Premyer Liqasının VIII turunun ikinci günündə “Turan Tovuz”la “Zirə” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin ortabablarının oyununa mütəxəssis rəyi açıqlanıb.
Futbol eksperti Dmitri Torxov qarşılaşmaya proqnoz verib:
Çətin ki, “Zirə”nin inamlı qələbəsinə şahidlik edə biləcəyik. Cari mövsümdə komandalar təxminən eyni oyun səviyyəsi nümayiş etdirir. Onlar turnir cədvəlində də qonşudur. Qol sayının az olacağını gözləməyə dəyər. Hər iki komanda az qol vuran kollektivlər sırasında yer alıb. Yəqin ki, müdafiə meylli oyun izləyəcəyik. Buna görə də Alt mərc etmək məsləhətdir. Bu variantın əmsalı 1,65-ə bərabərdir.
Proqnozum: Alt