Premyer Liqa matçında qəza: Top daşıyan uşaq əzildi - FOTO
25.08.2024 - 01:01
Premyer Liqa matçında qəza: Top daşıyan uşaq əzildi - FOTO

İngiltərə Premyer Liqasının ikinci həftəsində "Kristal Palas" "Vest Hem"i qəbul edib.

Apasport.az xəbər verir ki, “Selhurst Park”da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Vest Hem”ə qələbə qazandıran qolları 67-ci dəqiqədə Tomas Soucek və 72-ci dəqiqədə Jarrod Boven vurub.

Soucekin qol sevinci zamanı böyük qəzanın qarşısı alınıb.

Çexiyalı futbolçu qolu vurduqdan sonra azarkeşlərin olduğu hissəyə doğru qaçıb. “Vest Hem” fanatları Tomas Soucekin qolunu qeyd edərkən güc tətbiq etdikləri reklam panelləri aşıb.

Bu vaxt top daşıyan uşaq reklam lövhəsinin altında qalıb. Soucek lövhəni qaldıraraq uşağı xilas edib. 

 

writer photo
Əlirza Əlirzalı
0