Erlinq Holland İngiltərə Premyer Liqasında növbəti rekorda imza atıb.
Apasport.az saytı xəbər verir ki, norveçli forvard 50 xalı ən tez toplayan futbolçu olub.
Holland “Fulhem”lə görüşdə üç qol vuraraq, bu nəticəni əldə edib. O, “şəhərlilər”in heyətində 6-ci dəfə “het-trik”lə yadda qalıb. Qol+ötürmə sistemində Norveç yığmasının üzvü 50 xal (42+9) həddinə ən tez çatan futbolçu kimi tarixə düşüb. Bunun üçün Erlinqə cəmi 39 oyun kifayət edib. “Mançester Yunayted”in üzvü Endi Koula bu nəticə üçün 43 oyunda fərqlənmək lazm gəlib.
Qeyd edək ki, “Mançester Siti” “Fulhem”ə 5:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Holland Koulun rekordunu yenilədi
02.09.2023 - 21:43
0
0