"Şamaxı" heyətini fransalı futbolçu ilə gücləndirdi
19.06.2024 - 12:38
"Şamaxı" heyətini fransalı futbolçu ilə gücləndirdi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Şamaxı” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Brahim Konate ilə anlaşıb.

Fransalı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtilə Fransanın U-20 yığmasında çıxış edib. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel" (Afula) klubu olub.

writer photo
Əlirza Əlirzalı
0