Millimizin futbolçusu “Fənərbaxça”ya keçdi
22.08.2022 - 17:00
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı oyunçu “Konak Belediyespor”dan ayrılıb.
Müdafiəçi karyerasını daha böyük klubda – “Fənərbaxça”da davam etdirəcək. Milliləşdirilmiş oyunçunun “Şükrü Saraçoğlu” İdman Kompleksində imzalanma mərasimi də təşkil olunub. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nazlıcan Parlak 2019-cu ildən Azərbaycan millisinə çağırılır.
0
0