De Xea 7-ci La Liqa klubuna keçə bilər
16.03.2024 - 15:22
De Xea 7-ci La Liqa klubuna keçə bilər

İspaniyalı qapıçı David de Xeanın karyerasını İspaniya çempionatında davam etdirmək variantı var. 

Apasport.ax bu barədə “Todofichajes” nəşrinə istinadla xəbər verir. 

"Betis" təcrübəli çilili Klaudio Bravoya əvəzləyici axtarır. Sevilya klubu ulduz qapıçı ilə müqavilə imzalamaqda maraqlıdır. 

Cənubi amerikalının müqaviləsi bu mövsümün sonunda başa çatır. 

De Xea artıq azad agentdir. İspaniyalının son iş yeri “Mançester Yunayted” olub.

writer photo
Əlirza Əlirzalı
0