Lorisin keçəcəyi klub dəqiqləşdi
30.12.2023 - 20:35
Lorisin keçəcəyi klub dəqiqləşdi

"Tottenhem"in qapıçısı Uqo Lorislə "Los Anceles" arasındakı müqavilənin təfərrüatları məlum olub.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, fransız qapıçının müqaviləsi 2025-ci ilə qədər olacaq.

Bu keçid rəsmi olaraq dekabrın 31-də elan ediləcək. 37 yaşlı dünya çempionu bu transferi yüksək qiymətləndirib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Loris "Spurs"un heyətində 444 oyun keçirib, 508 qol buraxıb və 151 dəfə qapısını toxunulmaz saxlayıb. 37 yaşlı qolkiper bu mövsümdə iştirak etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0