“Fulhem”lə yeni müqavilə imzalasa da...
15.09.2023 - 20:58
“Fulhem”lə yeni müqavilə imzalasa da...

“Bavariya” yay transferi pəncərəsində Joao Palinya transferini həyata keçirə bilmədi.

Apasport.az-ın məlumatına görə, Münhen klubunun planları dəyışməyib.

Almaniya çempionu qış transferi dövründə yenidən “Fulhem”lə danışıqlara start verəcək. 28 yaşlı portuqaliyalı futbolçu komanda ilə yeni müqavilə imzalayıb. Buna baxmayaraq, münhenlilər qiyməti yüksələn Palinyanı heyətinə cəlb edəcək.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avro dəyərləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0