HİK-in baş məşqçisi Bakıda jurnalistlər önünə çıxmadı
10.08.2023 - 22:24
HİK-in baş məşqçisi Bakıda jurnalistlər önünə çıxmadı

“Qarabağ”la oyundan sonra HİK-ın baş məşqçisini iştirakı ilə mətbuat konfransı təşkil edilməyib.

Apasport.az saytı xəbər verir ki, rəqib komandanın təyyarəsinin uçuşuna az vaxt qalması buna səbəb olub.

Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:2 hesabı ilə uduzan Finlandiya çempionunun oyundan əvvəl planlaşdırılan mətbuat konfransı və məşqi də keçirilməyib.

Qeyd edək ki, qonaq komanda havanın isti olması ilə əlaqədar paytaxtımızda az vaxt keçirib.

writer photo
Əlirza Əlirzalı
0